29 baxış
Bu yazını paylaşın
Siyasi

Boris Conson: Böyük Britaniya Azərbaycanın sarsılmaz tərəfdaşıdır və bundan sonra da olacaqdır

21 Fevral 2022

Martın 11-də Böyük Britaniya və Azərbaycan Respublikası diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklər. Bu fürsətdən istifadə edərək Böyük Britaniyanın ölkələrimiz arasındakı əlaqələrə verdiyi əhəmiyyəti bir daha qeyd etmək istərdim.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı təbrikdə yer alıb.
Baş nazir Boris Conson qeyd edib ki, son 30 il ərzində Böyük Britaniya və Azərbaycan Respublikası mühüm strateji tərəfdaşlığın inkişafı etdirilməsi üçün birgə çalışıblar. Mən çox şadam ki, Böyük Britaniya sərmayələrinin Azərbaycanın enerji sektoruna yatırıldığı ilk vaxtlardan etibarən bu əlaqələr genişlənib və çiçəklənib.
Məktubda, həmçinin deyilir: “İnvestisiya və ticarət artmaqda davam edir, təhsil və mədəni əlaqələrimiz son dərəcə sıxdır, biz iqlim dəyişikliyi və təmiz enerji, regional təhlükəsizlik, qadın və qızlara dəstək daxil olmaqla mühüm məsələlər üzrə getdikcə daha böyük dəyər qazanan əməkdaşlığa nail olmuşuq. Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır”.
Böyük Britaniyanın Baş naziri qarşıdakı illərdə ölkələrimiz arasında tərəfdaşlığın davamlı şəkildə inkişaf edəcəyini böyük ümidlə gözlədiyini qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…