28 baxış
Bu yazını paylaşın
Dünya

Bolqarıstanın regional qubernatorları kütləvi şəkildə istefa verib

13 İyun 2023

Bolqarıstanın texniki nazirlər kabineti tərəfindən təyin edilmiş vilayətlərin qubernatorları və onların müavinlərinin istefaya göndərilməsi ilə bağlı ərizələr ölkənin yeni hökumətinin ofisinə kütləvi şəkildə daxil olub.

Telejurnal xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Ölkənin hər yerindən hökumətə vilayət qubernatorlarının və onların müavinlərinin istefası ilə bağlı ərizələr daxil olur. Aksiya misilsizdir və icra hakimiyyəti orqanlarının vətəndaşlar qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün ciddi sınaq olacaq”-, məlumatda vurğulanıb.

Bolqarıstan Milli Radiosunun məlumatına görə, ölkə regionlarının demək olar ki, bütün qubernatorları istefa verib, onların əksəriyyəti bu qərarı regionlarda dövlət siyasətini həyata keçirmək üçün münasib adamlar təyin etməli olan ölkənin yeni hökuməti qarşısında mənəvi akt kimi müəyyən edib.

Həmkarlarına dəstək verməkdən imtina edən yeganə qubernator Pernik vilayətinin rəhbəri Lyudmil Veselinov olub və o, bölgəni taleyin ümidinə buraxmayacağını bildirib, hakimiyyətin davamlılığının vacibliyini vurğulayıb.

Qeyd olunub ki, qubernatorlara geniş səlahiyyətlər verilir, onlara eyni zamanda hökumət adından regional inkişafın əlaqələndirilməsi, ərazi strukturlarının və yerli hakimiyyət orqanlarının işinə nəzarətin təmin edilməsi məsuliyyəti həvalə edilir.

Odur ki, Bolqarıstanın Nazirlər Şurası (hökuməti) onların işdən çıxarılması ilə bağlı müraciətlərinə mərhələli şəkildə baxacaq, yekun qərar qəbul olunana qədər regionların rəhbərliyi öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…