49 baxış
Bu yazını paylaşın
Siyasi

Bolqarıstanın eks-prezidenti: “Azərbaycan Aİ üçün çox qiymətli və əvəzolunmaz tərəfdaşdır”

07 İyun 2023

“Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri üçün çox qiymətli və əvəzolunmaz strateji tərəfdaşa çevrilib”.

Bunu Telejurnal Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak edən Bolqarıstanın eks-prezidenti Rosen Plevneliyev deyib.

“Bir il əvvəl Bolqarıstanda qaz təchizatı kəsiləndə Azərbaycan kömək əlini bizə uzadaraq yardım etdi. Hazırda ümumi strateji baxışa malik olduğumuzla fəxr edirik. Biz qaz interkonnektorlarına və s. birgə sərmayə yatırmağı planlaşdırırıq”, – eks-prezident bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təbii qaz tədarükünün genişləndirilməsi ilə bağlı yeni baxışı hamı üçün faydalı olacaq.

R.Plevneliyev bu gün Şuşada keçirilən beynəlxalq tədbirdə iştirak etməkdən qürur duyduğunu sözlərinə əlavə edib: “Burada iştirak etməkdən qürur duyuram, çünki mən Azərbaycanın bu yerlərin bərpası və reinteqrasiyasına dair uzunmüddətli planlarına inanıram. Bu gün biz dünyanı necə daha dayanıqlı və çiçəklənən etməyin yollarını müzakirə edəcəyik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…