41 baxış
Bu yazını paylaşın
İqtisadi

Bolqarıstanda təbii qaz Azərbaycandan gələn yanacaq hesabına ucuzlaşıb ENERGETİKA

02 Aprel 2023

Bolqarıstanda təbii qaz aprelin 1-dən ucuzlaşıb. Enerji və Su Tənzimləmə Komissiyası (ESTK) qazın aprel ayında qiymətini əlavə ödənişlər olmadan 1 MVt/saat üçün 98,16 lev (təxminən 49,8 avro) məbləğində təsdiqləyib, halbuki mart ayında bu, 106,74 lev (təxminən 53,37 avro) idi.

TELEJURNAL xəbər verir ki, bu barədə sözügedən komissiya məlumat yayıb.

“Azərbaycan qazının qiyməti, Azərbaycanla mövcud uzunmüddətli müqaviləyə əsasən, Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə tədarük edilən qaz qarışığının maya dəyərinin hesablanmasına daxil edilib. Bu həcmlər ölkə istehlakının təxminən 51,9 %-ni əhatə edir və əlverişli qaz qiymətlərinə nail olmaq üçün mühüm önəm daşıyır”, – ESTK-nin məlumatında bildirilib.

Komissiya sədri İvan İvanov qeyd edib ki, təbii qazın qiymətinin azalması ilə bağlı durum davam edərsə, növbəti qiymət dövründə istilik enerjisinin dəyəri eyni qalacaq.

“Təbii qazın qiymətinin ucuzlaşmasının davam etməsi bütün istehlakçılar üçün əlverişli amildir. Qazın qiymətində azalma tendensiyası davam edərsə, o zaman növbəti qiymət dövrü üçün istilik enerjisinin maya dəyərinin dəyişməz qalmasına şərait yaradılacaq. Bununla bağlı yekun qərar ESTK tərəfindən iyulun 1-də qəbul ediləcək”, – o vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…