51 baxış
Bu yazını paylaşın
Siyasi

Bolqarıstan xəbər agentliyində ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

16 Dekabr 2021

Bolqarıstan xəbər agentliyində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc olunub.

‘TELEJURNAL’ Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, məqalədə müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsinin hər zaman Azərbaycan xalqı tərəfindən hörmət və ehtiramla yad edildiyi bildirilir, Ümummilli Liderin vəsiyyətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirildiyi qeyd olunur.

Məqalədə Ümummilli Liderin tarixi missiyasına diqqət yetirilərək Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə böhranın, qeyri-sabitliyin cilovlandığını, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildiyi qeyd olunur. Əlavə olunur ki, tarixi şəxsiyyətin parlaq siyasi zəkası sayəsində Azərbaycan iki əsrin qovuşuğunda öz milli-mənəvi və dövlətçilik dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb. Azərbaycan həm bölgədə, həm də dünyada layiqli yer qazanıb.

Vurğulanır ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan biri-birindən əhəmiyyətli uğurlar qazanıb, təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olaraq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Qeyd olunanlar xüsusunda, Vətən müharibəsi nəticəsində ötən il Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin və tarixi torpaqlarının Ermənistanın işğalından azad olunması da vurğulanır.

https://azertag.az/xeber/Bolqaristan_xeber_agentliyinde_umummilli_lider_Heyder_Aliyeve_hesr_olunmus_meqale_derc_edilib-1953252

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…