25 baxış
Bu yazını paylaşın
Siyasi

Bolqarıstan Prezidenti: “Bu, Rusiya ərazisində hərbi əməliyyatlara səbəb ola biləcək böhrandır”

24 İyun 2023

“Vaqner” Xüsusi Hərbi Şirkətinin Rusiya rəhbərliyinə qarşı qiyamı ölkə üçün ciddi problemə çevrilə, Rusiya ərazisində hərbi əməliyyatlara səbəb ola bilər”.

Telejurnal “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Rusiyada baş verən hadisələri şərh edərkən deyib.

“Priqojinin bəzi yerlərdə məhdud qüvvəsi və gücü var. Kreml bu məhdud qüvvəyə qarşı birləşsə, məncə, “Vaqner”in şansı olmayacaq. Bu, sadəcə daxili siyasi böhran deyil, həm də Rusiya ərazisində hərbi əməliyyatlara səbəb ola biləcək böhrandır”, – o bildirib.

Bolqarıstan Prezidenti daxil olan məlumatların məhdudluğu səbəbindən Rusiyada vəziyyətin son dərəcə qeyri-müəyyən olaraq qaldığını və baş verənlərin miqyasını müəyyən etməyin çətin olduğunu qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…