40 baxış
Bu yazını paylaşın
Dünya

Bob Bləkmən: “Ermənilər Ağdam məscidini donuz və mal-qara saxlamaq üçün istifadə ediblər”

19 Aprel 2023

“Azərbaycana səfərim zamanı Ağdamda olduq. Burada erməni işğalından azad edildikdən sonra yenidən tikilməkdə olan məşhur məscidə baş çəkdik. Məscid işğal zamanı ermənilər tərəfindən donuz və mal-qara saxlamaq üçün istifadə edilib”.

TELEJURNAL  xəbər verir ki, bu barədə Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən tviterdə yazıb.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri Qarabağ bölgəsini tərk etməmişdən əvvəl burada 1 milyondan çox mina basdırıblar:

“Böyük Britaniya minalardan təmizləmə proqramına yardım edir. Budur, Ağdamın ərazilərindən birində bir neçə cəsur adam minaları əllə təmizləyir. İndi cəsur insanlar onları təmizləyirlər ki, işğaldan azad edilmiş ərazilər yaşayış binaları və kənd təsərrüfatı üçün istifadə olunsun.

Ağdamda minatəmizləmə sahəsində tapılan minaların nəzarətli partlamasını həyata keçiririk. Minaların harada yerləşdiyinə dair heç bir xəritə yoxdur. Bu minalara görə 300 dinc sakin həyatını itirib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…