250 baxış
Bu yazını paylaşın
İctimai

BNA: “Avtobuslarla bağlı məlumatları “Google Maps”dan əldə etmək mümkündür”

22 Avqust 2022

Bakı şəhərində müntəzəm marşrut xətləri barədə məlumatları Google Maps” platformasından əldə etmək mümkündür.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Xatırladaq ki, qurum sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da genişləndirilməsi məqsədilə ötən dövrdə “Alo141” çoxfunksiyalı internet portalını istifadəyə verib. Burada istifadəçilərə səyahəti əvvəlcədən planlaşdırmağa imkan verən müntəzəm marşrut xətləri barədə məlumatlar təqdim edilir.

Artıq bu məlumatları “Google Maps” platformasından da əldə etmək mümkündür. Agentliyin Vahid Dispetçer Xidməti paytaxt ərazisində mövcud marşrut şəbəkəsi, avtobusların hərəkət sxemi, dayanacaq məntəqələri, başlanğıc və son məntəqələri barədə zəruri məlumatları emal edərək “Google Maps”in nəqliyyat komandasına təqdim edib. Əgər əvvəllər “Google Maps” bu məlumatları həvəskar qruplardan əldə edirdisə, hazırda proses peşəkar səviyyədə icra edilir. Xəritə üzrə məlumatlar marşrut xətlərində ediləcək dəyişikliklərə uyğun olaraq mütəmadi olaraq yenilənəcək.

Məlumatlandırmanın əhəmiyyətini nəzərə alaraq sərnişinlərimizə daha keyfiyyətli müasir səviyyədə xidmət təqdim etmək üçün əlavə təkmilləşdirmə işləri görülür.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…