19 baxış
Bu yazını paylaşın
İctimai

BMU-da Müstəqillik Gününə həsr olunmuş bayram tədbiri keçirildi

25 May 2023

Bakı Mühəndislik Universitetində (BMU) 28 May – Müstəqillik Günü münasibətilə “Yurdum, yuvam, məskənimsən!” adlı bayram tədbiri təşkil edilib.

 

“Telejurnal” xəbər verir ki, tədbirdə bayram münasibətilə təbriklərini çatdıran BMU-nun rektoru, professor Havar Məmmədov müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına böyük təsir edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixinə və 23 ay mövcud olmuş Cümhuriyyətin gördüyü böyük işlərə diqqət çəkib.

Dövlət müstəqilliyimizin yenidən bərpasından sonra ilk illərdə yaşanan siyasi prosesləri nəzərə çatdıran rektor Azərbaycanın müstəqilliyinin qorunmasında və əbədiləşdirilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Ümummilli liderin dövlətçilik, güclü Azərbaycan konsepsiyasını layiqincə gerçəkləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi ilə vətənimizin bütün sahələrdə uğurlara imza atdığını, ərazi bütövlüyümüzün təmin olunduğunu bildirən Havar Məmmədov ölkəmizin Müstəqillik Gününü qalib və qürurlu xalq kimi qeyd etdiyini deyib.

 

Sonra universitetin sosial sosial-ictimai həyatında fərqlənən tələbələrin mükafatlandırılma mərasimi keçirilib. Tələbələrə fəxri fərman və hədiyyələri təqdim edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…