43 baxış
Bu yazını paylaşın
İctimai

BMTM sədri: “Ermənistan bu dəfə sülh məsələsinə daha ciddi yanaşırlar”

02 May 2023

“Vaşinqton görüşündə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyişin əldə olunacağ ilə bağlı gözləntilər var. Düzdür, ötən ilin sonuna qədər də belə bir ümid vardı, lakin məsələ bu dəfə daha ciddidir”.

Bunu TELEJURNAL-a  açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi nəhayət bu işə ciddi yanaşır: “Çox güman ki, keçirilən görüşlərdə sənədlərin imzalanması haqqında müzakirələr aparılır. Hələ də bəzi məqamlarla bağlı fikir ayrılıqları mövcuddur. Bu günlərdə aparılan danışıqlar uğurla bitsə, bir-iki ay ərzində nəticə əldə edəcəyik”.

Ötən il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə rəsmi İrəvanın müəyyən sənədlər imzaladığına diqqət çəkən F.Şəfiyev vurğulayıb ki, sonradan Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən çəkib:

Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurmasından danışan İdarə Heyətinin sədri əlavə edib ki, Qarabağ erməniləri ilə bağlı beynəlxalq mexanizmin olması istənilir: “Lakin bu, Azərbaycanın daxili məsələsidir. Hesab edirəm ki, bu sərhəd-keçid məntəqəsinin qurulması danışıqlar predmeti olmayacaq. Qarabağ erməniləri mövzusunu da daxili məsələmiz kimi müəyyən qədər hansısa beynəlxalq tərəfdaşlarla müzakirə edə bilərik. Bu baxımdan sülh sazişi üzrə danışıqlarda sözügedən məsələlərin müzakirə ediləcəyini düşünmürəm”.

Qeyd edək ki, mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları bir neçə gün davam edəcəyi gözlənilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…