25 baxış
Bu yazını paylaşın
Siyasi

BMTM-in İdarə Heyətinin sədri: Ermənistanda sülh əleyhinə olan müəyyən qüvvələr vəziyyəti gərginləşdirməyə çalışırlar

18 Yanvar 2022

Ermənistanın müvafiq dövlət qurumları, xüsusən də Xarici İşlər və Müdafiə nazirlikləri Baş nazir Nikol Paşinyanın siyasətini bəyənmir, onun tezislərinə, göstərişlərinə artıq tam tabe olmurlar.

“TELEJURNAL” AZƏRTAC-a isinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanda sülh əleyhinə olan müəyyən qüvvələr münaqişəni yenidən gündəmə gətirməklə vəziyyəti gərginləşdirməyə çalışırlar.

“Amma inanmıram ki, Ermənistanın vəziyyətə təsir etməsi üçün potensialı var. Ermənistan hökuməti son iki ayda müəyyən müsbət addımlar atıb. Bu addımlar davamlı olmalıdır. Onlar başa düşməlidirlər ki, bu addımlar erməni xalqının xeyrinədir”, – deyə F.Şəfiyev vurğulayıb.

Mərkəz rəhbəri bildirib ki, Azərbaycan Ermənistanın təxribatlarına cavab verməyə qadirdir. Sərhəddə baş verən son hadisələr göstərdi ki, Azərbaycan Ordusu düşmənə tutarlı cavab verməyə hazırdır.

https://azertag.az/xeber/BMTM_in_Idare_Heyetinin_sedri_Ermenistanda_sulh_eleyhine_olan_mueyyen_quvveler_veziyyeti_gerginlesdirmeye_chalisirlar-1978854

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…