21 baxış
Bu yazını paylaşın
Siyasi

BMT: Zəlzələdən sonra Suriyaya 170-ə yaxın yardım missiyası həyata keçirilib

27 İyul 2023

Birləşmiş Millətlər Təşkilatı (BMT) fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra Suriyanın şimal-qərbinə 170-ə yaxın yardım missiyasının tamamlandığını açıqlayıb.

TELEJURNAL   xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında Suriyaya humanitar yardım haqqında məlumat verərkən məlumat verib.

“BMT fevral ayında baş verən zəlzələlərdən bəri Türkiyənin cənubundan Suriyanın şimal-qərbinə 170-ə yaxın sərhəd missiyası həyata keçirib”, – deyə S.Dujarrik bildirib.

Önümüzdəki günlərdə Öncüpınar üzərindən əlavə personal və yük maşınlarının səfərbər ediləcəyinin planlaşdırıldığını ifadə edən S.Dujarrik BMT-nin Suriya rəhbərliyi ilə təmasları davam etdirdiyini də vurğulayıb.

Suriya rəhbərliyi BMT-nin humanitar qurumlarına zəlzələdən zərər çəkmiş 6 bölgəyə yardım çatdırmaq üçün avqustun 13-dək Türkiyə ilə Öncüpınar (Bab Əl Salam) və Çobanbey (Əl Rai) sərhəd-keçid məntəqələri vasitəsilə icazə verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…