71 baxış
Bu yazını paylaşın
Dünya

BMT Ukraynadakı Olenivka həbsxanasına hücumla bağlı faktaraşdırıcı missiyasını ləğv edib

06 Yanvar 2023

BMT Ukraynanın Donetsk vilayətinin Olenivka qəsəbəsində yerləşən Olenivka həbsxanasına hücumla bağlı faktaraşdırıcı missiyasını ləğv edib.

TELEJURNAL-ın yerli bürosu xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.

Sözçü bildirib ki, BMT Baş katibi ötən il iyulun 29-da Ukraynanın Olenivka şəhərində baş vermiş insidentlə bağlı faktaraşdırıcı missiyasını ləğv etmək qərarına gəlib. O əlavə edib ki, BMT faktaraşdırıcı missiyanı həbsxanaya giriş imkanının olmadığını əsas gətirərək ləğv edib.

Qeyd edək ki, ötən ilin iyul ayında ukraynalı əsirlərin saxlanıldığı həbsxanaya artilleriya zərbəsi endirilib. Nəticədə 53 nəfər həlak olub, 75 nəfər yaralanıb. Ölən şəxslərin “azov”çu əsirlər olduğu bildirilir. Rusiya tərəfi hadisəyə görə Ukraynanı ittiham edib. BMT-nin faktaraşdırıcı missiyası Ukrayna və Rusiyadan gələn müraciətlərdən sonra yaranmışdı.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…