27 baxış
Bu yazını paylaşın
Siyasi

BMT Təhlükəsizlik Şurasında islahatlar aparılacaq

04 İyul 2023

Böyük Britaniyanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasında islahatlar aparılacaq.

Telejurnal  xəbər verir ki, bu barədə Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord təşkilatın Nyu-Yorkdakı baş qərargahında iyul ayı ərzində TŞ-ın gündəmi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Səfir bildirib ki, ay ərzində Böyük Britaniyanın sədrliyi ilə BMT TŞ-da islahatların aparılması ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub: “Ay ərzində TŞ-da islahatların aparılması ilə bağlı fəaliyyətlərimiz olacaq. Belə ki, Şuraya rəhbərlik edən ölkələrlə bağlı coğrafi təmsilçilərdə bəzi çatışmazlıqların olduğunü düşünürük. Xüsusi ilə Afrika ölkələrinin Şurada təmsil olunmaları ilə bağlı çatışmazlıqlar mövcuddur. Bunun aradan qaldırılması istiqamətində çalışacağıq və bir çox müzakirələrimiz və təkliflərimiz olacaq”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Böyük Britaniyaya keçib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…