25 baxış
Bu yazını paylaşın
Siyasi

BMT Rusiyaya “Taxıl sazişi” ilə bağlı sövdələşmə təklif edir

13 İyul 2023

“BMT-nin Baş katibi Antoniu Quterreş Rusiya Prezidenti Vladimir Putinə “Taxıl sazişi”ni uzatmağın əvəzində Rusiyanın “SWIFT” sisteminə qoşulmasını təklif edib”.

Telejurnal   xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

BMT-nin rəsmi nümayəndəsi Stefan Dyujarrik agentliyin əməkdaşına bildirib ki, iyulun 11-də A.Quterreş V.Putinə məktub ünvanlayıb. İyulun 12-də V.Putinə “Taxıl sazişi”nin uzadılması ilə bağlı ünvanladığı məktubunda yazıb ki, BMT məsələ barədə təkliflər üzrə Moskva ilə əməkdaşlığa hazırdır.

S.Dyujarrik danışıqların təfərrüatlarını açıqlamasa da, əlavə edib ki, Baş katib bütün tərəflərlə məsələ ilə bağlı fikir mübadiləsi aparır və Rusiya ilə müzakirələri davam etdirməyə hazırdır.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.

Rusiya rəsmiləri sazişin uzadılması üçün heç bir imkan görmədiklərini bildiriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…