33 baxış
Bu yazını paylaşın
Dünya

BMT Rusiya, İran və Türkiyənin Tehran sammitini izləyəcək.

19 İyul 2022

BMT İran, Rusiya və Türkiyə Prezidentləri – İbrahim Rəisi, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın İranın paytaxtında keçiriləcək Tehran sammitini izləyəcək.

TELEJURNAL. az Report-a istinadla  xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq keçirdiyi brifinqdə bildirib.

Haq taxıl probleminin həlli ilə bağlı üçtərəfli sammitdən hər hansı irəliləyişin gözlənilib-gözlənilməməsi barədə suala belə cavab verib: “Bu proseslə bağlı həmin görüşdən heç bir konkret gözləntimiz yoxdur. Bu, ayrı məsələdir”.

Eyni zamanda, Haq qeyd edib ki, BMT taxıl ixracı məsələsi üzrə müzakirənin əsas iştirakçılarının istənilən koordinasiyasını alqışlayır.

Daha əvvəl xəbər verilib ki, iyulun 19-da Rusiya Prezidenti Vladimir Putin Tehrana səfər edəcək və orada İran və Türkiyədən olan həmkarları ilə üçtərəfli formatda danışıqlar aparacaq. Bundan əlavə, Putin və Rəisi və Ərdoğan arasında ayrıca ikitərəfli görüşlər də planlaşdırılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…