35 baxış
Bu yazını paylaşın
Dünya

BMT rəsmisi: “Taxıl sazişinin tam işləməsi üçün dolayı maneələr var

02 İyun 2023

“Taxıl sazişi çərçivəsində tərəflər yoxlanılacaq gəmilərlə bağlı konsensusa gələ bilməyiblər”.

”Telejurnal.az” yerli büroya istinaden  xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq açıqlama verib.

Sözçü bildirib ki, İstanbulda taxıl sazişi çərçivəsində qurulan Birgə Koordinasiya Mərkəzində nə dünən, nə də bu gün yoxlama aparıla bilməyib:

“Hazırda sistemdə 29 gəmi var. Onlardan 20-si Ukrayna limanlarında, dördü tranzit və beşi yoxlama zonasındadır. Biz bir daha tərəfləri Birgə Koordinasiya Mərkəzində rəvan, sabit və proqnozlaşdırıla bilən əməliyyatların bərpası üçün BMT-nin verdiyi təkliflərlə konstruktiv işləməyə çağırırıq”.

Onun sözlərinə görə, taxıl sazişinin tam işləməsi üçün dolayı maneələr var.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ərzaq böhranı riskini aradan qaldırmaq məqsədilə Rusiya, Ukrayna, BMT və Türkiyənin birgə səyləri ilə yaradılan “Taxıl dəhlizi sazişi”nin müddəti may ayının 17-də 2 ay müddətində uzadılsa da tərəflər arasında anlaşılmazlıqlar davam edir və yük gəmilərinin fəaliyyəti ötən müddət ərzində tam bərpa olunmayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…