33 baxış
Bu yazını paylaşın
Siyasi

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı minatəmizləməyə dəstək vermək niyyətindədir

15 Mart 2022

“İşğaldan azad edilmiş Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı minatəmizləmə əməliyyatları, eyni zamanda dağıdılmış infrastrukturun bərpası üzrə görülən işlər olduqca təqdirəlayiqdir”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMTQAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüş zamanı qeyd edib.

Nümayəndəyə Agentliyin fəaliyyət tarixçəsi, eləcə də Qarabağda hal-hazırda icra edilən humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib.

Görüş zamanı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin edilməsi məqsədilə ANAMA ilə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Humanitar təşkilat olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən minatəmizləmə fəaliyyətinin prioritet istiqamətləri üzrə dəstək göstərmək niyyətində olduğu qeyd edilib.

Bir müddət öncə ANAMA mütəxəssisləri tərəfindən BMTQAK əməkdaşları üçün keçirilən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” təliminin yüksək səviyyədə təşkilinə görə cənab Quido Ambroso öz təşəkkürünü ifadə edib.

Həmçinin Agentliyin bu sahədə icra etdiyi tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…