200 baxış
Bu yazını paylaşın
İctimai

BMT-nin hazırladığı hüquqi yardım bələdçisi Azərbaycanda hüquqşünasların istifadəsinə verilib

18 Avqust 2022

BMT İnkişaf Proqramı “Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım” bələdçisi hazırlayaraq, hüquqşünasların istifadəsinə verib.

“TELEJURNAL.AZ”ın xəbərinə görə, Azərbaycan dilində nəşr olunan Bələdçi regionlarda həyata keçirilən ödənişsiz hüquqi yardım fəaliyyətlərində çalışan şəxslərə kömək etmək üçün metodik vəsait kimi işlənəcək.

Bələdçi sosial hüquqlar üzrə hüquqi yardımın mahiyyətinə uyğun olaraq nəzəri və praktik hissələrdən ibarət hazırlanıb. Bələdçinin nəzəri hissəsində sosial hüquqların hüquqi əsasları, onların inzibati qaydada və məhkəmə müdafiəsi, məhkəmə sistemi, məhkəməyə qədər məcburi ilkin mediasiya ilə bağlı materiallar verilib.

Bələdçinin praktik hissəsində isə, inzibati orqanlara və məhkəmələrə ərizə və şikayətlərin formaları və nümunələri verilib. Burada inzibati orqanlara ərizə və şikayətlərin, mülki və inzibati məhkəmələrə iddia ərizələrinin forma və nümunələri, apellyasiya və kassasiya məhkəmələrinə şikayətlərin formaları əksini tapıb.

Bələdçi BMT İnkişaf Proqramının (BMTİP) “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində təqdim olunub.

Layihə çərçivəsində Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstərilir. Vətəndaşlar BMTİP-nin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə rayonlarda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərində bu xidmətlərdən yararlana bilirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…