37 baxış
Bu yazını paylaşın
Dünya

BMT-nin azərbaycanlı rəsmisinin Əfqanıstandakı fəaliyyət müddəti bitib

13 İyun 2023

BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz ƏləkbərovUN fəaliyyət müddəti yekunlaşıb.

Telejurnal  xəbər verir ki, bu barədə R. Ələkbərov özü açıqlama verib.

Diplomat üç illik fəaliyyət müddətindən sonra Əfqanıstandan qarışıq duyğularla vidalaşdığını deyib.

R. Ələkbərov 40 milyon əfqan xalqına gender bərabərliyinin təminatı, sosial və iqtisadi imkanların artırılması, ölkədə sabitlik və firavanlığın bərpasını arzulayıb.

BMT-nin azərbaycanlı rəsmisinin növbəti postu hələ açıqlanmayıb.

R. Ələkbərov Əfqanıstandakı fəaliyyət müddətində uğurlu iş fəaliyyəti, de-fakto hakimiyyətlə əfqan qadınların və qızların hüquqlarının bərpası üçün mübarizəsi və bölgədə baş verənlərlə bağlı mütəmadi olaraq jurnalistləri məlumatlandırması ilə yadda qalıb.

Xatırladaq ki, BMT Baş Katibi AntoniU Quterreş 21 dekabr 2020-də R. Ələkbərovu BMT-ni Əfqanıstanda Yardım Missiyasında (UNAMA) Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini, eyni zamanda BMT-nin Rezident və Humanitar Əlaqələndiricisi təyin edib.

O, daha öncələr BMT-nin Əhali Fondunun Ərəb Dövlətləri üzrə Regional Bürosunun regional direktorunun müavini (2014–2015) və Cənubi Sudandakı Ofisinin rəhbəri (2010) vəzifələrində çalışıb. R. Ələkbərov 2020-ci ilin fevral ayından iyul ayına qədər o, UNFPA-da İdarəetmə üzrə İcraçı Direktorun müavini və Baş Katibin köməkçisi vəzifələrində çalışıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…