23 baxış
Bu yazını paylaşın
Dünya

BMT: İyunun 26-dan heç bir yeni gəminin Qara dəniz təşəbbüsünə qoşulmasına icazə verilməyib

30 İyun 2023

“Təəssüflə qeyd edirik ki, İstanbulda fəaliyyət göstərən Birgə Koordinasiya Mərkəzinə 29 müraciət göndərilməsinə baxmayaraq, iyunun 26-dan heç bir yeni gəminin Qara dəniz təşəbbüsünə qoşulmasına icazə verilməyib”.

Telejurnal xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq jurnalistlərə açıqlamasında deyib.

O, sazişin davam etdirilməsi və səmərəli icrası üçün tərəfləri öhdəliklərə əməl etməyə çağırıb: “Hazırda təşəbbüsdə yalnız 13 gəmi qalıb. Onların bəzilərinə ya məhsullar yüklənir, ya da Ukrayna limanlarından İstanbula doğru hərəkət edirlər. Tərəflər ərzaq təhlükəsizliyi üçün qlobal xilasedici rolunu oynayan Qara dənizdə gəmilərin hərəkətinə icazəni təmin etməlidirlər”.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Müqavilənin müddəti iyulun 17-də başa çatsa da, Rusiya tərəfi bu müddəti uzatmayacağına dair açıqlamalar verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…