31 baxış
Bu yazını paylaşın
Dünya

BMT BA-nın 77-ci sessiyasının sədri Azərbaycanda səfərdədir

02 Mart 2023

BMT BA-nın 77-ci sessiyasının sədri Çaba Köröşi Bakıya səfərə gəlib.

TELEJURNAL xəbər verir ki, bu barədə macarıstanlı diplomat tviterdə bildirib.

“Bakıda energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev tərəfindən isti qarşılandım. Azərbaycanın faktlara, məlumatlara və elmə əsaslanan ağıllı enerji keçidindən çox təsirləndim. Yaşıl enerji transformasiyasında aparıcı ölkəyə səfər etməkdən şadam”, – Ç. Köröşi tvitində vurğulayıb.

 

BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri, Macarıstan nümayəndəsi Çaba Köröşi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfərə gedib.

BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən Ç. Köröşi Zirvə Görüşündə çıxış edəcək, eyni zamanda ölkə başçısı ilə görüşəcək.

Bildirilib ki, macarıstanlı diplomatın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da danışıqları nəzərdə tutulub.

Ç. Köröşinin səfəri martın 3-də başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…