193 baxış
Bu yazını paylaşın
Siyasi

BMqT missiyası Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılmasında hökumətə kömək etməyə hazırdır

17 Mart 2022

“Rusiya ilə münaqişəni nəzərə alaraq, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılmasında hökumətə kömək etməyə hazırdır”.

Bu barədə “TELRJURNAL” “Report”a istinadən xəbər verir.

O, BMqT-nin 123 Azərbaycan vətəndaşının Ukraynadan çıxarılmasında hökumətə kömək etdiyini xatırladıb.

Onun sözlərinə görə, təşkilat ümumilikdə 200 vətəndaşın qayıtmasına yardım göstərməlidir: “BMqT-nin dəstəyi ilə 200 nəfər Vətənə qayıtmalı idi. Dəqiqləşdirə bildik ki, onlardan 123 nəfəri Polşanın Krakov şəhərini tərk edərək Rumıniyanın Buxarest şəhərinə yollanır. Azərbaycan hökuməti onların Vətənə daşınmasını təmin edəcək. Bəzən ən həssas şəxslərin qayıtması prioritet hesab olunur, amma son nəticədə, hər kəsin evə qayıtmaq hüququ var”.

O, təşkilatın münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına təcili dəstək göstərməyə hazır olduğunu vurğulayıb: “Azərbaycan vətəndaşlarının Ukraynadan qaytarılması üzrə işlər bir sıra hökumət qurumları və BMqT missiyalarının birgə fəaliyyəti nəticəsində həyata keçirilir. Hazırkı vəziyyət səbəbindən Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarına məhz bu yolla kömək etməyə çalışırıq… Birgə fəaliyyətin məqsədi Azərbaycan vətəndaşlarını özlərini təhlükəsizlikdə hiss edəcəkləri evlərinə ən qısa müddətdə və ən uyğun vasitə ilə qaytarmaqdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…