15 baxış
Bu yazını paylaşın
Siyasi

Blinken: “Qərb və Kiyev Ukraynadan ərzaq ixracı imkanlarını nəzərdən keçirəcək”

18 İyul 2023

“Kollektiv Qərb və Kiyev Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılması kontekstində Ukraynadan ərzaq ixracı imkanlarını nəzərdən keçirəcək”.

Telejurnal-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın bu sazişdən çıxmaq qərarını şərh edərkən deyib.

“Digər ölkələr, ukraynalılar və biz, başqa variantların olub-olmadığını araşdıracağıq. Bu razılaşma olmadıqda, Ukrayna ərzağını dünya bazarına çıxarmaq yollarını tapmaq üçün daha nələr edilə biləcəyini görəcəyik. Lazımi həcmdə yüklərin dəmir yolu və avtomobil yolu ilə daşınması da buraya daxildir”, – deyə o qeyd edib.

Eyni zamanda o, Rusiyanın tutduğu mövqeyə görə belə planların həyata keçirilməsinin çətin olacağını etiraf edib:

“Lakin problem budur: Rusiya bu təşəbbüsə son qoysa, taxıl və digər ərzaq məhsullarının Ukraynanı maneəsiz tərk edə bilməyəcəyinə dair siqnal göndərsə, o zaman bu, hesab edirəm ki, başqa variantlar tapılsa belə, onlardan istifadə imkanlarına dərindən soyuqqanlı təsir göstərəcək”.

Daha sonra Blinken verdiyi yazılı açıqlamada, ABŞ administrasiyasının Rusiya hökumətini dərhal sazişə yenidən nəzərdən keçirməyə, danışıqları bərpa etməyə, taxıl müqaviləsinin müddəalarını uzatmağa, genişləndirməyə və tam şəkildə həyata keçirməyə çağırdığını bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…