93 baxış
Bu yazını paylaşın
Uncategorized

“Bizim sözümüz imzamız qədər keçərlidir” – Prezident

08 Oktyabr 2020

“Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır”.
“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev rəsmi tvitter hesabında yazıb.

O qeyd edib ki, ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır.

Dövlət başçısı əlavə edib ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik: “Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə, münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk”.

İlham Əliyev münaqişə haqda daha bir tvit yazıb: “Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar.

Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik. Bu gün münaqişənin fəal fazaya keçdiyi və kimin nizamlama potensialına malik olması aşkar görünür.

Bizim sözümüz imzamız qədər keçərlidir”.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…