129 baxış
Bu yazını paylaşın
Siyasi

“Biz öz ləyaqətimizi müdafiə edirik” – İlham Əliyev

05 Oktyabr 2020

“Azərbaycan müstəqil ölkədir. Bizim müstəqilliyimiz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Azərbaycanın beynəlxalq arenada çox güclü mövqeyi var”.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində deyib.

“Mən bizim nailiyyətlərimizlə bağlı sizə cəmi iki misal gətirə bilərəm. Bir neçə il bundan əvvəl 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçildi. Bu, bizim müstəqil siyasətimiz sayəsində və ölkəmizin beynəlxalq ictimaiyyətin çox məsuliyyətli üzvü olması sayəsində oldu. Bu il biz Bakıda 120 ölkənin iştirakı ilə Qoşulmama Hərəkatının sammitini keçirdik və Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürdü. Bu şərəfli vəzifə 120 ölkənin yekdil qərarı ilə Azərbaycana həvalə oldu.

Marionet ölkə bu dəstəyi ala bilərmi? Marionet ölkələr miskindir. Heç kim onlara hörmət etmir. Heç kim onlara diqqət yetirmir. Bu gün Azərbaycanın sözü dünya üçün əhəmiyyət kəsb edir. Bu gün regionda Azərbaycan olmadan heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi həyata keçirilə bilməz və bizə marionet deyənlər özləri marionetdir. Qoy onlar güzgüyə baxsınlar. Onlar ölkələrə yuxarıdan aşağı baxmağa öyrəşiblər. Biz belə vəziyyətdə deyilik. Biz öz ləyaqətimizi müdafiə edirik, biz öz müstəqilliyimizi müdafiə edirik. Dünyada heç bir ölkənin bizim işlərimizə müdaxilə etməyə haqqı yoxdur və onlar bunu başa düşməlidirlər. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycanın bir milyon insanı öz doğma torpaqlarına qayıdacağı vaxtı gözləyir və biz hökumət olaraq bunu təmin edəcəyik. Biz insanlarımızı öz vətəninə qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq”, – deyə dövlət başçısı əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…