48 baxış
Bu yazını paylaşın
Siyasi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycana səfərə dəvət olunub

16 Yanvar 2023

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərə dəvət olunub.

TELEJURNAL xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Əbu-Dabidə Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə onu ölkəmizə səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul olunub.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirildiyi bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin mühüm uğurlara imza atdığını, ciddi texnoloji nailiyyətlər əldə etdiyini deyib, bu münasibətlə təbriklərini çatdırıb.

Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr münasibətilə təbriklərini çatdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…