27 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Birinci siniflərə qəbulla əlaqədar alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

12 May 2023

2023-2024-cü dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.

Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 136, 156, 234, Xətai rayonu üzrə 17, 165, Nizami rayonu üzrə 145, 129, Nərimanov rayonu üzrə 82, Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Suraxanı rayonu üzrə 76, 114, 279, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274, 288, Sabunçu rayonu üzrə 74, 128, 130, Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, Pirallahı rayonu üzrə isə 235 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.

Valideyn Alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin onlayn Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (050-996-76-63, 050-996-36-62, 050-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.

Vətəndaşlar Alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər müraciət edə bilərlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…