79 baxış
Bu yazını paylaşın
İqtisadi

“Birbank” yenidən ən çox istifadə edilən və bəyənilən rəqəmsal platforma olub

19 Yanvar 2022

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin ilk rəqəmsal bankı olan “Birbank” 2021-ci ilin nəticələrinə görə, ölkənin ən çox bəyənilən və istifadə edilən rəqəmsal platforması olub. Təqdim olunduğu 2018-ci ildən indiyədək bir sıra yerli və beynəlxalq mükafatlar alan, istifadəçilər tərəfindən tövsiyə olunan “Birbank” öz liderliyini qoruyub saxlamaqdadır.

Bu dəfə “iOS” platformasında olan “Appstore”da 50 mindən artıq istifadəçi tərəfindən 5 ulduzdan 4,9-nu, “Android” platformasındakı “Play Store”da isə 140 mindən artıq istifadəçi tərəfindən 5 ulduzdan 4,8-ni məhz “Birbank” alıb. Bu da yüksək nəticə hesab olunaraq “Birbank”ı öz seqmentinin ən yaxşısı olduğunu bir daha təsdiqləyir.
Üç milyondan artıq istifadəçi tərəfindən yüklənən “Birbank”ın bir sıra üstünlükləri var: rahat qeydiyyat, kredit və “BirKart” sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və sair.
Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. “Birbank”da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün “www.birbank.az” saytına müraciət edə bilərsiniz.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…