33 baxış
Bu yazını paylaşın
İctimai

Bir qrup zəngilanlı alimlərlə görüş keçirilmişdir

10 Sentyabr 2022

09 sentyabr 2022-ci ildə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (AOPE) təşkilatçılığı ilə bir qrup zəngilanlı alimlə görüş keçirilmişdir. AOPE-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Quliyevin “TELEJURNAL.AZ” saytına verdiyi məlumata görə, görüşdə alimlərlə yanaşı, millət vəkili Ceyhun Məmmədov, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Xanım Rüstəmova,  fəal gənclər və media nümayəndələri iştirak etmişdir.

Görüşü açılış nitqi ilə AOPE-nin İdarə Heyətinin sədri Emin Əliyev açaraq, qonaqları salamladı və bu tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirdi. Emin Əliyev çıxışının davamında alimlərin dövlət üçün, ölkə rəhbərliyi üçün və ümumiyyətlə Azərbaycan xalqı üçün nə qədər böyük bir dəyərə sahib olduğunu xüsusilə qeyd etdi. Bu görüşü Zəngilan rayonundan olan alimlərlə keçiriləcək silsilə görüşlərin başlanğıcı kimi qiymətləndirən Emin Əliyev nəinki alimlərlə, habelə qazilər, müəllimlər, şəhid ailələri və fəal gənclər ilə davamlı şəkildə belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğuladı. “Alimin mürəkkəbi şəhidin qanı qədər dəyərlidir. Alimlər vətənə, millətə və ümumilikdə bütün insanlığa xidmətin ölənə qədər davam etməli olduğunu əyani olaraq göstərən nümunələrdir, fədakarlardır” deyən Emin Əliyev bu yolda alimlərə müvəffəqiyyətlər arzuladı.

Daha sonra, millət vəkili Ceyhun Məmmədov və Zəngilan rayon icra hakimiyyətinin başçısının müavini Xanım Rüstəmova çıxış etdilər. Ceyhun Məmmədov isə çıxışı zamanı Şərqi Zəngəzurun nə qədər strateji mövqeyə sahib olmasından bəhs etdi. O, işğaldan azad edilmiş ərazilərin inkişafında, yenidən qurulmasında vətəndaş kimi ayrı-ayrılıqda yox, hamılıqla rayonları ayırmadan birlikdə çalışmağın çox vacib olduğunu qeyd etdi.

Zəngilan RİH Başçısının müavini Xanım Rüstəmova çıxışı zamanı bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti, rəşadətli ordumuzun gücü və xalqımızın birliyi nəticəsində biz torpaqlarımızı işğaldan azad etdik. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlarımıza qayıdıb, o yerləri yenidən canlandıraraq dirçəldək, doğma yurdumuzda yeni həyata başlayaq. Həmçinin çıxışında zəngilanlı alimlərlə görüşün onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı və bu görüşü təşkil etdiyinə görə Emin Əliyevə təşəkkür etdi.

Tədbirin davamında dəvət edilmiş alimlərin hər biri çıxış edərək bu cür görüşlərin mütəmadi olaraq təşkil olunmasının əhəmiyyətli olacağını bildirdilər və təşkilatçılara minnətdarlıqlarını bildirdilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…