292 baxış
Bu yazını paylaşın
Maraqlı

“Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir” Kimdir Dostoyevski?

09 May 2023

Yuxarıda oxuduğunuz və bunun kimi yüzlərlə möhtəşəm fikirin sahibi olan Fyodor Dostoyevski haqqında məlumatlar tam olmasa da bəzi informasiyalar hələ də qalır. 1821-ci ildə anadan olduğu bilinir. Uşaqlığını çətin şəraitdə keçirən Dostoyevski xəstə anasının ölümündən sonra Peterburqdakı Mühəndis məktəbinə daxil olur. O, burada oxudu müddətdə atasının ölüm xəbərini alır. Dostoyevski buranı bitirdikdən sonra İstehkam Müdirliyinə işə düzəlir. Burada bir il qaldıqdan sora işdən ayrılır. Vaxtının çoxunu əsərlərinə ayıran Dostoyevski 1846-cı ildə “Bədbəxt İnsanlar” romanını insanlara nümayiş elətdirir. Kiçik yaşlarından talehsiz hadisələr yaşayan Dostayevskini insanların çətinlik dolu yoxsul həyatları, kədərli vaxtları yazıçını qüssələndirmiş və sarsıtmışdır. O, yoldaşının və uşaqlarının ehtiyaclarını qarşılaya bilmirdi. Yazıçı romanlarından, yazdıqlarından qazandığı pulu daha yaxşı imkan üçün qumara qoymuşdur. Ailəsinin ehtiyaclarını ödəyə bilməyən Fyodor müəyyən müddət qumarda yaxşı qazansa da, o, bir vaxtdan sonra qazandıqlarının hamısını itirmişdi.Dostoyevski 1849-cu ildə yatdığı yerdə həbs olunaraq güllələnməyə aparılır. Güllələnmə cəzası, daha sonra həbs cəzasına çevrilir. Dörd il boyunca həbsdə çətin ağrı acılar çəkən Dostoyevski 1861-ci ildə çəkdiyi əzab əziyyəti “Ölü Evdən Qeydlər” əsərində çox yaxşı izah edir. O, azadlığa çıxdıqdan sonra Peterburqa geri döndü. Arvadının vərəmə tutulduğunu öyrənən yazıçı ölkə xaricinə çıxmağa imkan tapmışdı. Arvadı xəstələndikdən sonra Sibirdə yerləşən Tver şəhərinə geri döndü. Ölkə xaricinə çıxan Dostoyevski daha sonra Avropanın digər şəhərlərini Paris, Almanya və Danimarkanı gəzir. Daha sonra o, London və Cenevrəyədə getmişdir.Fyodor Dostoyevski bədbəxt hadisə nəticəsində öz yoldaşını itirir. Bu zaman aralığında o, “Cinayət və Cəza” romanını üzərində möhkəm işləməyə davam edirdi. 1866-cı ildə ilk dəfə hissələrlə nəşr olunan bu əsər oxucular tərəfindən bir mənalı qarşılanmadı. Ailəsinin ehtiyaclarını ödəyə bilməyən yazıçı burdan yaxşı qazanc əldə edəcəyini düşünür, lakin daha da pis vəziyyətə düşür. Onun yazdığı bu kitab müxtəlif reaksiyalara məruz qalır.Dövrünün çox irəlisində olan Dostoyevski yazıları çox zaman insanlar tərəfindən başa düşülmürdü. Dostoyevskinin məhşurluğu da tez bir zamanda baş vermişdir. Cəmiyyətin mərhəmətsiz rəftarından ilhamlanan yazıçı, qələmə aldığı hekayələrdə tənqidçilər tərəfindən böyük təsir görürdü. Oxucular bu əsərləri böyük rəğbətlə qarşıladı. O, qardaşına bir məktubda sevincini belə ifadə edirdi: “Hər şey sanki bir möcüzə kimi baş verib”.

Fyodor Dostoyevski hikmətli sözlər və bir çox fəlsəfi aforizmlərin də müəllifidir.

Fatimə Zeynalova.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…