198 baxış
Bu yazını paylaşın
İctimai

Biləsuvarda 3 kəndin elektrik şəbəkəsi yenidən qurulur

09 Avqust 2022

“Azərişıq” ASC Biləsuvar rayonunun 3 kəndinin elektrik şəbəkəsini yenidən qurur.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bu işlər Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, investisiya layihəsi çərçivəsində görülür.

Yenidənqurma işləri çərçivəsində 1 300 nəfərdən artıq abonenti olan 3 kənddə ümumilikdə 19 ədəd komplekt transformator məntəqəsinin quraşdırılması, 36 km-a yaxın 10 kV-luq, 65 km-a yaxın 0,4 kV –luq elektrik verilişi xətlərinin yenilənməsi və yeni sayğacların quraşdıılması planlaşdırılıb.

İşlərə başlanan gündən indiyə qədər kəndlərdə 10 ədəd komplekt transformator məntəqəsi tikilib, 196 ədəd 10 kV-luq, 1000 ədəddən çox 0,4 kV-luq elektrik xəttini daşıyacaq dirəklər basdırılıb. Hazırda Təzəkənd kəndində 2.3 kilometr 10 kV-luq elektrik verilişi xətti, 10 kilometr isə 0,4 kV-luq SİP kabel çəkilib. Dəvrişli kəndində isə 1 kilometr 10 kV-luq elektrik verilişi xətti və 8 kilometr uzunluğunda 0,4 kV-luq SİP kabel çəkilib.Amankənddə isə 5 kilometr məsafədə 0,4 kV-luq SİP kabelləşmə aparılmış və yaxın günlərdə 10 kV-luq elektrik verilişi xətlərinin çəkilişlərinə başlanılacaq.

Artıq Dəvrişli kəndində yeni elektrik sayğaclarının quraşdırılmasına başlanılıb.

İşlər yekunlaşdıqdan sonra hər üç kənd keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…