241 baxış
Bu yazını paylaşın
İqtisadi

Beynəlxalq və tranzit yol nəqliyyatının təşkili asanlaşacaq

03 Oktyabr 2020

“Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi” Proqramının (TRACECA) Vahid Tranzit İcazəsi haqqında Saziş mətninin yekunlaşdırılması üzrə İşçi Qrup tərəfindən ikinci iclas keçirilib.

“telejurnal” “Oxu.az”a istinadən xəbər verir ki, İşçi Qrup Azərbaycan, Qazaxıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə və Ukraynadan müvafiq Sazişinin mətni ilə bağlı gələn təklifləri nəzərdən keçirib.

İclas zamanı İşçi Qrupun üzvləri dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün əlavə tranzit yük axınlarının cəlb edilməsinin vacibliyini vurğulayıb.

Saziş mətninin son versiyasına 24 noyabr 2020-ci ildə keçirilməsi planlaşdırılan İşçi Qrupun iclasında baxılacaq. Bununla da Azərbaycanın da daxil olduğu ölkələr Sazişdən irəli gələn daxili təsdiq prosedurlarına başlayacaqlar.

Bu saziş beynəlxalq və tranzit yol nəqliyyat təşkilatının yüngülləşdirilməsinə, nəqliyyat şəffaflığının təmin edilməsinə, rəqəmsallaşmasına, nəqliyyat prosesinin vaxtının və maliyətinin azalmasına və nəzarət prosedurlarının optimallaşdırılmasına kömək edəcək.

Qeyd edək ki, Vahid Tranzit İcazəsi Sazişi mətninin yekunlaşdırılması üzrə ilk iclas iyun ayının 30-da baş tutub.

Xatırladaq ki, TRACECA Proqramının inkişafında mühüm hadisələrdən biri də 2008-ci il 4 dekabrda Bakı şəhərində keçirilmiş TRACECA Nəqliyyat Nazirlərinin Yubiley Konfransı olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…