58 baxış
Bu yazını paylaşın
İqtisadi

Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq göstərilir

24 Fevral 2021

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində nümayiş olunur.
Nazirlikdən bildirilib ki, Dubayın Beynəlxalq Ticarət Mərkəzində təşkil olunan sərgidə 85 ölkədən olan şirkətlər öz məhsullarını təqdim edir.
Azərbaycanın 15 şirkətinin istehsal etdiyi pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı məmulatları, un məmulatları, çay, mürəbbə və digər məhsullar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır. Azərbaycan şirkətləri yağ, çay, mineral sular və s. məhsulların Qırğızıstan, Özbəkistan, İraq, Yəmən, Liviya, BƏƏ və digər ölkələrə ixracına dair danışıqlar aparırlar.
Artıq “Azerbaijan Fish Farm”, “Şirin”, “Ləzzət Biskvit Fabriki”, “Ulduz Şokolad Fabriki” şirkətləri ilə BƏƏ şirkətləri arasında məhsul ixracına dair ilkin razılıq əldə olunub.
Sərgi fevralın 25-dək davam edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…