114 baxış
Bu yazını paylaşın
Siyasi

Beynəlxalq qiymətləndirmə missiyasının ekspertləri Qarabağa səfər edəcəklər

02 Mart 2022

“BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri martın 7-dən 17-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olacaq”.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva jurnalistlərə bildirib.

Onun sözlərinə görə, münaqişəsonrası mərhələdə yardım BMT və Azərbaycan arasında əməkdaşlığın sahələrindən biridir.

Bununla əlaqədar olaraq, BMT, Dünya Bankı və Aİ-nin 10 ekspertdən ibarət birgə missiyası martın 7-dən 17-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək. Səfərin məqsədi ərazilərin bərpasında Azərbaycana necə dəstək verilməsini müəyyən etməkdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…