53 baxış
Bu yazını paylaşın
Siyasi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi bir illik fəaliyyətinin hesabatını verib

28 Dekabr 2021

Dekabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) 2021-ci ildə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, konfrans zamanı Təhlil Mərkəzinin 2021-ci ildə gördüyü işlərə dair təqdimat olub, gələn il üçün planlar barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, ötən müddət ərzində Azərbaycan kütləvi informasiya vasitələrində postmünaqişə dövrünə aid 350 müsahibə və analitik yazı dərc olunub. Bununla bərabər, dünya miqyasında nüfuzlu nəşrlərdə Ermənistan-Azərbaycanın müharibəsindən sonrakı situasiya ilə əlaqədar 40-a yaxın məqalə dərc etdirilib. Həmçinin 3 dildə Ermənistan dövləti səviyyəsində Azərbaycan mədəni irsinin erməniləşdirilməsinə cəhdlə bağlı informasiyalar toplusu nəşr olunaraq yayılıb.

Mətbuat konfransında BMTM-nin beynəlxalq miqyasda qəbul edilməsini şərtləndirən faktlar sadalanıb. Mətbuat işçilərinin diqqətinə çatdırılıb ki, hesabat dövründə qurum 2020-ci ildəki fəaliyyəti ilə “Qlobal Beyin Mərkəzi”nə daxil edilib və hazırkı vəziyyətə görə dünya üzrə ən yaxşı beyin mərkəzlərindən biri kimi qəbul olunub. Hazırda reytinqinə görə Mərkəz 57-ci yerdə qərar tutub.

BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistləri maraqlandıran sualları cavablandırıb.

https://azertag.az/xeber/Beynelxalq_Munasibetlerin_Tehlili_Merkezi_bir_illik_fealiyyetinin_hesabatini_verib-1963298

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…