29 baxış
Bu yazını paylaşın
Siyasi

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi FHN Akademiyasında olub

19 May 2023

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi xanım Njupuo Yap Mariatu Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına baş çəkib, ali təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Bu barədə Telejurnal a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qonaqlara ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilərək bildirilib ki, Akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Eyni zamanda, FHN Akademiyasında beynəlxalq əlaqələrə xüsusi diqqət verildiyi vurğulanıb, ali təhsil ocağının zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə yüksək səviyyəli əməkdaşlığından bəhs edilib.

Qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, Muzeylə tanış olublar. Baş katib Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

BMMT-nin Baş katibi FHN-in Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib, təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…