20 baxış
Bu yazını paylaşın
Mədəniyyət

Beynəlxalq Muğam Müsabiqəsində ikinci tura keçənlər bəlli olub

20 İyun 2023

İyunun 20-də “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun növbəti mərhələsi təşkil edilib.

”Telejurnal.az” xəbər verir ki, dinləmələr ilk olaraq instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan digər 6 iştirakçı – Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Hasan Kiriş (Türkiyə), Farxodbek Madaminov, Toshtemur Shukrullayev (Özbəkistan), Ofir Viflich (İsrail), daha sonra xanəndəlik kateqoriyası üzrə digər 5 ifaçı – Xəyal Hüseynov, Mirəli Sarızadə (Azərbaycan), Sohiba Abdullayeva, Alibek Saparboev (Özbəkistan), İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.

 

Sonra müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanmış ifaçıların adı açıqlanıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı – Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda xanəndəlik kateqoriyası üzrə 5 ifaçı – Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan), İsa Shokri Charandabi (İran) müsabiqənin ikinci turuna vəsiqə qazanıblar.

 

Xatırladaq ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı yarışıb. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.

Qeyd edək ki, iyunun 21-də müsabiqənin ikinci turunun dinləmələri təşkil ediləcək. Dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçiləcək. Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…