23 baxış
Bu yazını paylaşın
Siyasi

Beynəlxalq Miqrasiya Təşkilatı azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb

15 Mart 2022

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb.

“TELEJURNAL” Report-a istinadən xəbər verir:

“BMqT-nin Azərbaycan nümayəndəliyi Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə qoşulub. Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşlarının əlaqələndirilmiş işi və Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq sayəsində müharibə gedən Ukraynadan qaçaraq Polşanın Katovitçe şəhərinə pənah gətirmiş 123 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb. Həmin şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya təxliyyəsini təşkil edəcək”.

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev sözlərinə görə, təxliyənin qısa zaman kəsiyində təşkil etmək lazım idi: “Ukraynanı tərk etmiş bir qrup Azərbaycan vətəndaşının təxliyyəsi üçün avtobusların təşkilinə köməklik göstərilməsi ilə bağlı müraciət alanda biz tez hərəkət etməli olduq. BMqT-nin Polşadakı nümayəndəliyi və Baş Qərargah bu təxliyənin təşkilinə böyük dəstək verdi. Bu insanların çoxunun maddi vəziyyəti pis idi və öz ölkələrinə mümkün qədər tez qaytarılmaları üçün dəstəyə ehtiyacları var idi. Biz onların tezliklə vətənlərinə qayıtmalarını və dövlət qurumları ilə birgə xüsusən də həssas vəziyyətdə olanlara dəstək istiqamətində işləməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, BMqT-nin dəstəyi ilə Azərbaycana təxliyəsi təşkil olunan insanlar əsasən uzun müddət Xarkovda yaşayanlar və onların ailə üzvləri Xarkov universitetlərinin tələbələridir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…