20 baxış
Bu yazını paylaşın
Siyasi

Beynəlxalq Media Forumunun iştirakçıları “Azərbaycan çap mətbuatı tarixinin inciləri” sərgisi ilə tanış olublar.

21 İyul 2022

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycanda səfərdə olan 20-dək ölkənin xarici media nümayəndələri və ekspertlərdən ibarət heyət “Azərbaycan çap mətbuatı tarixinin inciləri” adlı sərgi ilə tanış olublar.

TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, sərgi Heydər Əliyev Mərkəzində təşkil olunub.

Sərgidə 1920-ci ilədək nəşr edilən və ölkənin ictimai-siyasi həyatında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbu nəşrlər haqqında məlumatlar, həmçinin müasir dövrdə ölkə ictimaiyyətinin maarifləndirilməsində xüsusi əhəmiyyətə sahib olan çap mətbuatı nümunələri nümayiş olunub.

Bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Beynəlxalq Media Forumun iştirakçılarının zəngin inkişaf yolu keçmiş tarixi və müasir mətbu nəşrlər, onların yaranma tarixi və əsasını qoyan şəxslər, o cümlədən ideoloji istiqamətləri haqqında məlumat almaq, həmçinin bu mətbu nəşrlərin ictimai-siyasi və mədəni həyata, milli-mənəvi oyanışa təsiri, xalqın maariflənməsi və dövrün yeniliklərinin oxuculara çatdırılması istiqamətindəki fəaliyyəti barədə məlumatlandırılmasıdır.

Qeyd edək ki, Beynəlxalq Media Forumu sabah, iyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Şuşa şəhərində təşkil olunacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…