177 baxış
Bu yazını paylaşın
İctimai

”Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib

12 Avqust 2022

12 avqust 2022-ci il tarixində Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının dəstəyi, “GUYS” İctimai Birliyi və “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin təşkilatçılığı ilə “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Qurumun mətbuat xidmətindən TELEJURNAL-a verilən məlumata görə görüşü açılış nitqi ilə tədbirin moderatoru Mübariz Quliyev açıb. Tədbirin davamı isə interaktiv şəkildə davam edib. Ölkənin siyasi və ictimai həyatında xüsusi fəaliyyətləri ilə seçilən gənclərin iştirakı nəticəsində keçirilən tədbirdə gəncləri əhatə edən müxtəlif mövzular geniş müzakirə olunub. Əsas müzakirə mövzulardan biri isə yerli və beynəlxalq arenada gənclərin iştirakçılığının təmin edilməsində qarşıya çıxan problemlər olub. Problemlər geniş şəkildə müzakirə edilib və qeyd edilən problemlərin aradan qaldırılması üçün birgə fəaliyyətin göstərilməsi qərara alınıb.

Qeyd edək ki, bu istiqamətdə görüşlər davamlı şəkildə təşkil olunacaq.

Bir daha Beynəlxalq Gənclər Günü münasibətilə gənclərimizi təbrik edir, fəaliyyətlərində bol-bol uğurlar arzulayırıq!

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…