215 baxış
Bu yazını paylaşın
İctimai

Beynəlxalq Astronavtika Federasiyası Bakıda keçiriləcək tədbirlə bağlı müraciət yayıb

20 Avqust 2022

Beynəlxalq Astronavtika Federasiyası (IAF) gələn ay Fransanın paytaxtı Parisdə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin (IAC2022) iştirakçılarına müraciət edib.

“TELEJURNAL.AZ”ın məlumatına görə, qurum iştirakçıları gələn il Azərbaycanın ev sahibliyi edəcəyi eyni tədbirə də qatılmağa dəvət edib.

“IAC2022 nümayəndə heyətləri, Bakıda keçiriləcək IAC2023-də sizi nələrin gözləyəcəyindən xəbər tutmaq, füsunkar Azərbaycanın təqdim etdiklərinə nəzər salmaq, dadına baxmaq, ölkənin çoxəsrlik kosmik irsini kəşf etmək üçün “Azərkosmos”un H5 stendinə yaxınlaşın”, – deyə müraciətdə qeyd olunub.

Azərbaycan 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. İlk dəfə ölkəmizdə belə tədbir 1972-ci ildə keçirilib. Gələnilki konqreslə əlaqədar bu il fevralın 7-də Təşkilat Komitəsi yaradılıb. Komitənin sədri Baş Nazir Əli Əsədov, müavini isə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…