57 baxış
Bu yazını paylaşın
İctimai

Beyləqanda Vergilər İdarəsinin binasının yaxınlığına mərmi düşüb

04 Oktyabr 2020

Beyləqanda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına mərmi düşüb.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında deyilir:

“Azərbaycan Ordusunun zərbələri qarşısında tab gətirməyən erməni silahlı birləşmələri beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın şəhər və kəndlərini, dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 20.00 radələrində artilleriya mərmiləri təmas xəttindən xeyli aralıda yerləşən Beyləqan şəhərinin SMD-42 qəsəbəsindəki Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına düşüb.

Mərmi qəlpələrindən inzibati binaya zərər dəyib. Xoşbəxtlikdən binada növbədə olan əməkdaşlar xəsarət almayıb. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir”.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…