33 baxış
Bu yazını paylaşın
Siyasi

Bəxtiyar Aslanbəyli: “Şəfəq-Asiman” strukturu ilə bağlı növbəti addımlar barədə qərar verilməyib”

31 İyul 2023

Kəşfiyyat nəticəsində aşkar edilmiş karbohidrogen ehtiyatlarını daha yaxşı aydınlaşdırmaq üçün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv strukturunda əvvəllər inşa edilmiş kəşfiyyat quyusunun “yan qollarını” qazmaq lazımdır.

Bunu  açıqlamasında BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Birinci kəşfiyyat quyusu qazılarkən məlumatlar əldə edilib, ardından onlar emal edilib, daha sonra isə interpretasiya edilməkdədir. İnterpretasiya prosesi başa çatdıqdan sonra yan qol ilə bağlı qərar veriləcək”, – B.Aslanbəyli bildirib.

Vitse-prezidentin sözlərinə görə, kəşfiyyat quyusunun qazılması zamanı karbohidrogen ehtiyatları aşkar edilib: “Birinci quyunun qazılması zamanı əldə edilən nəticələr təhlil edilir ki, bu da bizə gələcək planlar barədə qərar verməyə imkan verəcək”.

Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50 %-dir.

Blok Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…