25 baxış
Bu yazını paylaşın
Siyasi

Bələdiyyə sədri: “Təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da Ərdoğana sahib çıxın deyirlər”

27 May 2023

“Təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da Rəcəb Tayyib Ərdoğana sahib çıxın deyirlər”.

Telejurnal” ın Türkiyəyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bunu Beykoz Bələdiyyəsinin sədri Murad Aydın hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mayın 27-də İstanbul şəhərinin Beykoz rayonunda təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Suriya, İraq, Ukrayna kimi olmaq istəmir: “Buna görə də Rəcəb Tayyib Ərdoğanı sevirik. ABŞ-da deyirlər ki, 2023-cü ilin ən önəmli hadisəsi Türkiyədəki seçkilərdir. Mən dünyanın bir çox ölkəsinə səfər etmişəm. Təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da Rəcəb Tayyib Ərdoğana sahib çıxın deyirlər”, – deyə o qeyd edib.

M.Aydın Beykoz sakinlərinin sabah ən düzgün qərarı verəcəyinə inandığını söyləyib: “Bu ölkənin gələcəyi və məzlumların ümidi olmaq üçün xalqımız bir daha öz liderinə sahib çıxacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…