49 baxış
Bu yazını paylaşın
Siyasi

Belçikada Azərbaycan günü keçirilib

26 Mart 2022

Belçika Krallığında fəaliyyət göstərən “Xəzər-Avropa İnteqrasiya və Əməkdaşlıq Təşəbbüsü” lobbi təşkilatı (CIEIP) tərəfindən Novruz bayramı münasibətilə Azad Brüssel Universitetində (Vrije Universiteit Brussels) Azərbaycan günü keçirilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə rəssam Əsmər Nərimanbəyovanın əsərləri nümayiş etdirilib, Azərbaycan şirniyyatları və milli musiqisindən parçalar təqdim olunub.
Tədbirdə Azad Brüssel Universitetində və Belçikanın digər ali təhsil ocaqlarından təhsil alan xarici və azərbaycanlı tələbələr, CIEIP-in üzvləri, Belçikada yaşayan azərbaycanlı icmasının nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.
Azərbaycan günü tələbələrimiz Cavidə Rəhimova, Hökümə Məmmədzadə, Nihad Novruzov, Riyad Səlimov, Teymur Kazımovun təşəbbüsü, Azərbaycanın Belçikadakı və Fransadakı səfirliklərinin dəstəyi ilə baş tutub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…