17 baxış
Bu yazını paylaşın
Siyasi

Belarus XİN başçısı: “Qoşulmama Hərəkatının fəaliyyətinə töhfə verməyə hazırıq”

05 İyul 2023

“Belarus arzulanan gələcəyə nail olmaq üçün Qoşulmama Hərəkatının fəaliyyətinə töhfə verməyə hazırdır”.

Telejurnal  xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Sergey Aleynik Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında deyib.

Onun sözlərinə görə, Belarusa qarşı məhdudiyyətlər ixraca və istehsala təsir edib: “Bundan başqa, Belarus istehsalı olan müəyyən məhsulların beynəlxalq bazara çıxarılmasının məhdudlaşdırılması BMT-yə üzv ölkələrin kənd təsərrüfatı sahəsinə də təsir göstərib”.

“Qoşulmama Hərəkatının ölkələri eyni prinsipləri bölüşürlər: sülh, çoxtərəflilik, dayanıqlı inkişaf. Dünyada qlobal geosiyasi toqquşmalar baş verən zaman səmimi dialoq yeganə çıxış yoludur”, – Belarus XİN rəhbəri vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…