23 baxış
Bu yazını paylaşın
Dünya

Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini dəstəkləyir

02 Mart 2023

“Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq əməkdaşlığı gücləndirmək səylərini tam dəstəkləyir”.

TELEJURNAL xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Çıxışı zamanı Belarusun sammitdəki nümayəndə heyətinin rəhbəri görüş iştirakçılarına Belarusun COVID-19 pandemiyasına qarşı mübarizə təcrübəsi barədə də məlumat verib. Qeyd olunub ki, Belarus iqtisadiyyatı dayandırmayıb, sərhədləri bağlamayıb, təkcə xarici yardıma arxalanmayıb, əksinə, Belarus səhiyyə sisteminin potensialından səmərəli istifadə edərək daxili resursları yönləndirib və səfərbər edib.

İ.Petrişenko Qoşulmama Hərəkatına üzv dövlətləri dünyanın səhiyyə sistemlərinə, eləcə də qlobal iqtisadiyyata, təhlükəsizliyə və istisnasız olaraq bütün üzvlərin inkişaf perspektivlərinə zərərli təsir göstərən birtərəfli məcburi tədbirlərə qarşı mübarizə aparmaq üçün əməkdaşlığa çağırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…