23 baxış
Bu yazını paylaşın
Dünya

BƏƏ-nin Prezidenti xalqa ilk müraciətini edib.

14 İyul 2022

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) telekanalları Prezident Şeyx Məhəmməd bin Zayed Al Nahyanın öz xalqına ilk müraciətini yayımlayıb.

 TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, öz müraciətində beynəlxalq və regional məsələlərə də toxunan dövlət başçısı deyib: “BƏƏ-nin suverenliyi və təhlükəsizliyi bizim təməl prinsipimiz olaraq qalacaq və ona mənfi təsir edə biləcək heç bir şeyə dözməyəcəyik. Biz dinc yanaşı yaşamaq və qarşılıqlı hörmətlə bağlı dəyərlərimizi paylaşan bütün ölkələrə dostluq əlini uzadırıq”.

BƏƏ-nin mərhum Prezidenti Şeyx Xəlifə bin Zayedin vəfatı ilə bağlı başsağlığı mesajları göndərən ölkələrin dövlət başçılarına təşəkkürünü bildirən Şeyx Məhəmməd bin Zayed Al Nahyan əlavə edib ki, onun ölkəsi qlobal və regional sülhə və təhlükəsizliyə töhfə verməkdə davam edəcək. O vurğulayıb ki, BƏƏ aparıcı qlobal iqtisadiyyatın qurulmasını davam etdirmək, ölkəsinin rəqabət qabiliyyətini artırmaq və ən yüksək qlobal reytinqlərə nail olmaq üçün iqtisadi inkişaf səylərini artırmaq niyyətindədir. “BƏƏ yarandığı gündən dünya ölkələri ilə şəffaflıq, səmimilik və konstruktiv əməkdaşlığa əsaslanan möhkəm əlaqələr qurub. Bu, dövlətimizə regional və beynəlxalq miqyasda reputasiya qazandırıb. Biz gələcəkdə də dövlətimizin qurucusu Şeyx Zayedin siyasətini davam etdirərək humanitar yardımları davam etdirəcək, dünyanın aparıcı ölkələri arasında rolumuzu gücləndirməyə çalışacağıq. Eyni zamanda, biz etibarlı enerji tərəfdaşı kimi ölkəmizin mövqeyini möhkəmləndirməyə və qlobal iqtisadi artımı, onun əsas lokomotivi olan enerji təhlükəsizliyini dəstəkləməyə davam edəcəyik”.

BƏƏ-nin Prezidenti vurğulayıb ki, regionda və bütün dünyada sülh və sabitliyin təmin edilməsi, bəşəriyyətin rifahı naminə müdriklik və əməkdaşlığın dəstəklənməsi onun ölkəsinin xarici siyasətinin prioritet istiqamətləridir: “Əsas hədəfimiz ölkələr arasında siyasi dialoqa imkan yaratmaq, qlobal miqyasda sabitlik və firavanlığa nail olmaqdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…