33 baxış
Bu yazını paylaşın
İdman

Bədii gimnastika üzrə 2027-ci il dünya çempionatı Bakıda keçiriləcək

15 May 2023

2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, qərar Beynəlxalq Gimnastika Federasiyasının Şurasının Türkiyənin Antalya şəhərində baş tutan iclasında səsvermə yolu ilə qəbul edilib.

Yarış 15-19 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Qeyd edək ki, yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı İsrail də namizədliyini irəli sürmüşdü. Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Xatırladaq ki, Bakı 2005 və 2019-cu illərdə də mundiallara ev sahibliyi edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…